"Marsel"in hansı aparıcı oyunçusu "Qarabağ"la matçı buraxacaq?

17 Fevral 2022 14:20 Fransa 2 007
"Marsel"in hansı aparıcı oyunçusu "Qarabağ"la matçı buraxacaq?

"Marsel" bu gün Fransada "Qarabağ"a qarşı keçirəcəyi Konfrans Liqasının ilk pley-off matçına futbolçu itkisi ilə çıxacaq.

Sportinfo.az xəbər verir ki, Valenten Ronjye cəza üzündən qarşılaşmanı buraxmalı olacaq.

28 yaşlı yarımmüdafiəçi "Lokomotiv"i 1:0 hesabı ilə yendikləri Avropa Liqasının qrup mərhələsində VI tur matçının 80-ci dəqiqəsində ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.

Marseldəki görüşü buraxacaq Ronjye şans veriləcəyi təqdirdə, Bakıdakı cavab matçında forma geyinə bilər.

"Velodrom" stadionunda keçiriləcək "Marsel" - "Qarabağ" matçı saat 00:00-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM