“Oyuna sakit yanaşırıq. Bütün həftəboyu əsas heyətlə yaxşı yaxşı hazırlıq keçmişik”.
Sportinfo.az xəbər verir ki, bunu “Marsel”in futbolçusu Pape Qeye deyib.
Seneqallı orta sahə oyunçusu Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək ilk oyunöncəsi mətbuat konfransına qatılıb.
24 yaşlı dayaq yarımmüdafiəçisi matça hazır olduqlarını söyləyib: “Qarabağ” haqda çox məlumatımız var. Onların çoxlu əcnəbi oyunçuları var.
Asan matç olmayacaq. Bu turniri təsəlli kimi qəbul etmirik. Məqsədimiz kuboku qazanmaqdır. Çünki buna imkanlarımız var".
Sabah “Velodrom” stadionunda keçiriləcək “Marsel” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

