“Marsel”in “Qarabağ”a qoyduğu qiymət fransızları QORXUTDU

16 Fevral 2022 22:40 Fransa 7 078
“Marsel”in “Qarabağ”a qoyduğu qiymət fransızları QORXUTDU

"Qarabağ"ın Fransada "Marsel"ə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununu tribunadan təxminən 20 min azarkeş izləyəcək.

Sportinfo.az "Laprovence" nəşrinə istinadən xəbər verir ki, qarşılaşma üçün fevralın 14-dək 15 min bilet satılıb.

Nəşr bilet satışının azlığını məktəblərdə tətillərin başlaması, qarşılaşmanın pulsuz yayımı və elə də tanınmayan kluba qarşı matçda biletlərin həddindən artıq baha olması ilə əlaqələndirib.

Fevralın 17-də "Velodrom" stadionunda oynanılacaq "Marsel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Stadion 67 min azarkeş tutumuna malikdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti