"Marsel" "Qarabağ" səviyyəsində oynasa, mərhələ keçəcək, böyük çətinliklə üzləşməyəcək"

16 Fevral 2022 13:20 Fransa 1 622
"Marsel" "Qarabağ" səviyyəsində oynasa, mərhələ keçəcək, böyük çətinliklə üzləşməyəcək"

"Qarabağ" topla oynamağa və oyun qurmağa çalışır, amma "Marsel" onların səviyyəsində çıxış etsə, mərhələni keçəcək".

Sportinfo.az xəbər verir ki, bunu Kipr "Omoniya"sının futbolçusu Erik Botyak "Laprovence" nəşrinə açıqlamasında deyib.

35 yaşlı fransalı yarımmüdafiəçi UEFA Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı forma geyinib.

H qrupunun görüşlərində Azərbaycan klubu Kiprdə 4:1 hesablı qələbə qazanıbsa, Bakıdakı görüşdə qələbəni son anda qaçırıb - 2:2.

Botyak pley-off mərhələsində həmyerliləri ilə qarşılaşacaq Azərbaycan təmsilçisi haqqında fikirlərini bölüşüb.

Təcrübəli oyunçu Abdullah Zubiri "köhlən atlar"ın ən yaxşı futbolçusu hesab edib: "Zubir sol cinahda daha çox təhlükə yaradır. "Qarabağ" yaxşı komandadır.

Amma digər oyunçularına da nəzər yetirdikdə, deyə bilərəm ki, "Marsel" bu rəqiblə görüşlərdə böyük çətinliklə üzləşməməlidir".

Fevralın 17-də "Velodrom" stadionunda oynanılacaq "Marsel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!
26 İyun 17:20 Gedənlər: Bu da 5…
26 İyun 16:20 Daha bir yeni müqavilə
26 İyun 04:00 Komandamız çempion oldu