"Marsel" "Qarabağ"la oyundan əvvəl bu qələbəyə sevindi - VİDEO

14 Fevral 2022 01:50 Fransa 743
"Marsel" "Qarabağ"la oyundan əvvəl bu qələbəyə sevindi - VİDEO

Fransa Liqa 1-də XXIV turun son oyunu "Mets" və "Marsel" arasında keçirilib.

Sportinfo.az xəbər verir ki, Mets şəhərindəki Sen-Simforyen Bələdiyyəsinin stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.

"Marsel"in ilk qolunu 26-cı dəqiqədə yeni transfer Sedrik Bakambu, 82-ci dəqiqədə isə Arkadiuş Milik vurub. "Mets"in yeganə qoluna isə 52-ci dəqiqədə Diqbo Mayqa imza atıb.

Bununla da xalını 46-ya çatdıran "Marsel" 2-ci pillədə möhkəmlənib. 20 xala malik "Mets" isə 19-cudur.

"Marsel" növbəti oyununu fevralın 17-də öz meydanında "Qarabağ"a qarşı keçirəcək.

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk görüşü Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. Cavab matçı isə fevralın 24-də Bakıda olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti