“Qarabağ”la matçadək… “Marsel” azarkeşsiz oynayacaq

7 Fevral 2022 01:00 Fransa 1 006
“Qarabağ”la matçadək… “Marsel”  azarkeşsiz oynayacaq

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan "Marsel" qarşıdakı 2 səfər oyununu azarkeşsiz keçirəcək.

Sportinfo.az xəbər verir ki, Marsel şəhərinin eyniadlı təmsilçisinin fanatları fevralın 13-də "Nitsa"ya qarşı baş tutacaq ölkə kubokunun 1/4 final və bundan 3 gün sonra "Mets"lə oynanılacaq Liqa 1-in XXIV tur matçlarına buraxılmayacaqlar.

Buna səbəb Xorxe Sampaolinin rəhbərlik etdiyi kollektivin səfərdə "Şovinyi"yə 3:0 hesabı ilə qalib gəldiyi Fransa Kubokunun 1/8 final qarşılaşmasında qonaq komandanın tərəfdarlarının tüstü bombalarından istifadəsidir.

Bu isə o deməkdir ki, "Marsel" öz azarkeşləri ilə evdə "Qarabağ"a qarşı oynayacağı pley-off matçında görüşə biləcək.

Qarşılaşma fevralın 17-də "Velodrom" stadionunda baş tutacaq. Cavab matçı isə 1 həftə sonra Bakıda olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti