İdman nazirindən "Qarabağ"a xəbərdarlıq: "Heç bir istisna tətbiq olunmayacaq"

29 Yanvar 2022 01:00 Fransa 1 167
İdman nazirindən "Qarabağ"a xəbərdarlıq: "Heç bir istisna tətbiq olunmayacaq"

Fransada idmana qoyulmuş qadağalarla bağlı heç bir istisna tətbiq olunmayacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə ölkənin idman naziri Roksana Marasinyanu açıqlama verib.

Fransa Açıq Çempionatında iştirak edəcək əcnəbi tennisçilərlə bağlı tələbləri xatırladan nazir futbolçuların bu qaydalardan yayınması üçün hər hansı səbəb olmadığını bildirib.

Fransa mətbuatı daha əvvəl dünyanın bir nömrəli tennisçisi Novak Cokoviçin peyvənd məsələsinə görə "Rolan Qarros" turnirində iştirakına qadağa qoyula biləcəyini yazıb.

"Qarabağ"ın Fransada "Marsel"ə qarşı keçirməli olduğu UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk qarşılaşması da analoji səbəbdən neytral ölkədə oynanıla bilər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti