Mbappe “tvitter”də yazdı: “Gecəniz xeyrə qalsın, uşaqlar”

26 Yanvar 2022 15:20 Fransa 428
Mbappe “tvitter”də yazdı: “Gecəniz xeyrə qalsın, uşaqlar”

Mərakeş yığması Afrika Millətlər Kubokunun 1/8 finalında Malavi ilə qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, Mərakeşin 2:1 hesabı ilə qalib gəldiyi oyunda qəlbə qolunu Əşrəf Hakimi vurub.

Əşrəfin bu qoluna PSJ-nin hücumçusu Kilian Mbappe biganə qalmayıb. O, “tvitter”də belə yazı b:

“Əşrəf Hakimi. Dünyanın ən yaxşı sağ cinah müdafiəçisi. Gecəniz xeyrə qalsın, uşaqlar”.

Mərakeş yığması 1/4 finalda Fil Dişi Sahili - Misir cütünün qalibi ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti