"Marsel"dən bir dəfə Bakıya gəldilər, yenə gələcəklər

25 Yanvar 2022 01:10 Fransa 559
"Marsel"dən bir dəfə Bakıya gəldilər, yenə gələcəklər

"Marsel" rəsmiləri UEFA Konfrans Liqasının pley-off mərhələsində rəqibi "Qarabağ"ın oyununu izləmək üçün Bakıya gəlməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, səfər fevralın 17-dək baş tutacaq.

"Marsel"in nümayəndələri artıq bir dəfə Bakıda olublar. Onlar otellərə və oteldən stadiona olan məsafəyə baxış keçiriblər.

"Qarabağ" "Marsel" ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.

Ağdam komandası Marseldəki matçadək fevralın 1-də və 12-də "Keşlə" ilə Azərbaycan Kubokunun 1/4 final görüşlərində, fevralın 7-də isə "Neftçi" ilə Premyer Liqanın XV tur qarşılaşmasında üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı