"Qarabağ"ın rəqibi Hafiz Məmmədovun keçmiş klubuna məyusluq yaşatdı - VİDEO

24 Yanvar 2022 01:00 Fransa 575
"Qarabağ"ın rəqibi Hafiz Məmmədovun keçmiş klubuna məyusluq yaşatdı - VİDEO

Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Marsel" Fransa Liqa 1-də XXII turun görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, səfər oyununda rəqib vaxtilə azərbaycanlı iş adamı Hafiz Məmmədovun satın aldığı "Lans" olub.

Qarşılaşma "Marsel"in qələbəsi ilə başa çatıb - 2:0. Hesabı 34-cü dəqiqədə penaltidən Dimitri Paye açıb. 77-ci dəqiqədə isə yeni transfer Sedrik Bakambu yekun nəticəni müəyyənləşdirib.

Bununla da xalını 40-a çatdıran "Marsel" ikinci pilləyə yüksəlib. Komandanın ehtiyatda bir oyunu var. "Lans" isə 22 oyundan 33 xalla 7-cidir.

Turnir cədvəlinə 50 xalla PSJ başçılıq edir.

"Qarabağ" "Marsel"lə ilk matçını fevralın 17-də səfərdə, cavab görüşünü fevralın 24-də evdə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı