Bakıya gətirilmədi, Argentina klubuna satıldı - FOTO

22 Yanvar 2022 01:50 Fransa 809
Bakıya gətirilmədi, Argentina klubuna satıldı - FOTO

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhəəsindəki rəqibi olan "Marsel" Dario Benedetto ilə vidalaşıb.

Sportinfo.az Fransa klubunun rəsmi saytına istinadən xəbər verir ki, argentinalı hücumçu ölkəsinin "Boka Xuniors" komandasına qayıdıb.

2016 - 2019-cu illərdə bu kollektivin formasını geyinmiş 32 yaşlı forvard daha sonra 14 milyon avro qarşılığında Liqa 1 təmsilçisinə transfer olub.

"Marsel"in heyətində 71 oyunda 17 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, cari mövsümün ilk hissəsini icarə əsasında İspaniya "Elçe"sində keçirib.

"Qarabağ" "Marsel" ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti