72 yaşı var, istefaya getməyəcək: "Onun ayrılması ürəyimizi ağrıdır"

17 Yanvar 2022 15:40 Fransa 866
72 yaşı var, istefaya getməyəcək: "Onun ayrılması ürəyimizi ağrıdır"

“Lion”un prezidenti Jan-Mişel Olyas istefa vermək niyyətində deyil.

Sportinfo.az xəbər verir ki, 72 yaşlı prezident Avropada titul qazanmağı hədəfləyib.

O, bu hədəfinə çatmayana qədər postunu tərk etməyəcək:

“Düzdür, bu il klubun idman blokunda bir az dağınıqlıq var. Ən yaxşı olmayan bir seçim etdik.

Juninyonun idman direktoru vəzifəsindən getməsi ürəyimizi ağrıdır. Bununla belə, istər Juninyo ilə olsun, istərsə də onsuz, uzunmüddətli perspektivdə zirvəyə çıxmaq üçün layihəmiz var.

Mən “Lion”la Avropada kubok qazanmadan getməyəcəyəm. Ona görə də, hətta fırtınada olsa da, bu hədəfə çatmağa çalışacağıq. Gələcəyə sərmayə qoymağa davam etmək niyyətindəyik”.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu