Türk ulduz "Qarabağ"ın rəqibini məğlubiyyətdən xilas etdi - VİDEO

17 Yanvar 2022 01:50 Fransa 831
Türk ulduz "Qarabağ"ın rəqibini  məğlubiyyətdən xilas etdi - VİDEO

Fransa Liqa 1-də XXI turun son oyunu "Marsel" və "Lill" arasında keçirilib.

Sportinfo.az xəbər verir ki, "Velodrom" stadionunda təşkil olunmuş qarşılaşma heç-heçə ilə yekunlaşıb - 1:1.

Hesabı 15-ci dəqiqədə qonaq komandadan Sven Botman açıb. 32-ci dəqiqədə Andre Bencamin qırmızı vərəqə alaraq, "Lill"i azlıqda qoyub.

Meydan sahibləri say üstünlüyündən 75-ci dəqiqədə yararlanmağı bacarıb. Türkiyəli futbolçu Cengiz Under komandanın lideri Dimitri Payenin ötürməsindən sonra bərabərlik qolunu vurub.

Bu nəticədən sonra "Marsel" 37 xalla 3-cü pillədə qalıb. 29 xala malik "Lill" isə 10-cu pilləyə yüksəlib.

"Marsel" Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la üz-üzə gələcək.

İlk oyun fevralın 17-də "Velodrom"da, cavab görüşü fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməlidir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı