"Qarabağ"ı izləmişəm, bizimlə oyunda ac olacaqlar" - "Marsel"in futbolçusu

13 Yanvar 2022 11:00 Fransa 1 869
"Qarabağ"ı izləmişəm, bizimlə oyunda ac olacaqlar" - "Marsel"in futbolçusu

"Rəqibimizin oyununu Çempionlar Liqasında və avrokuboklarda bir neçə dəfə görmüşəm".

Sportinfo.az xəbər verir ki, bunu "Marsel"in futbolçusu Amin Arit klubun rəsmi saytına müsahibəsində Konfrans Liqasının pley-off mərhələsində qarşılaşacaqları "Qarabağ" haqqında danışarkən deyib.

25 yaşlı yarımmüdafiəçi avrokuboklarda mübarizə aparmağın heç vaxt asan olmadığını bildirib:

"Bu komanda ac olacaq və bütün rəqiblərimiz kimi, yüz faiz gücünü ortaya qoyacaq. İlk matçı evdə keçirəcəyik. Cavab görüşünü asanlaşdırmaq üçün doğma meydanda güclü olmaq lazımdır".

Müqavilə ilə Almaniyanın "Şalke" klubuna məxsus olan mərakeşli oyunçu bildirib ki, bütün turnirlərdə hədəfləri titul qazanmaqdır:

"Böyük və ya kiçik yarış yoxdur. Bəli, Çempionlar Liqası ən nüfuzlusudur. Amma yenə də biz Konfrans Liqasını qazanmaq istəyirik".

"Qarabağ" "Marsel" ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!