Məşhur hücumçunu gətirdilər - "Qarabağ"a qol vurmaq üçün

12 Yanvar 2022 02:00 Fransa 740
Məşhur hücumçunu gətirdilər - "Qarabağ"a qol vurmaq üçün

Avropa Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Marsel” heyətinə yeni futbolçu qatmaq üzrədir.

Sportinfo.az xəbər verir ki, Fransa klubu “Beyçzin Qoan” (Çin) ilə müqaviləsi başa çatan konqolu hücumçu Sedrik Bakambu ilə anlaşıb.

Tərəflər 2,5 illik müqavilə imzalayacaqlar. Sedrik Bakambu “Beyçzin Qoan”ın heyətində keçirdiyi 87 oyunda 58 qol vurub.

"Qarabağ" "Marsel"ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"