Fransalı müdafiəçi fevralda "Qarabağ"ı görməyəcək

10 Yanvar 2022 02:00 Fransa 656
Fransalı müdafiəçi fevralda "Qarabağ"ı görməyəcək

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan “Marsel”in futbolçusu Cordan Amavini icarəyə verib.

Sportinfo.az xəbər verir ki, Fransa klubu müdafiəçisini Liqa 1-in digər təmsilçisi “Nitsa”ya icarəyə verib.

27 yaşlı futbolçu mövsümün sonuna qədər “Nitsa”da çıxış edəcək.Amavi 2018-ci ilin yayından “Marsel”də çıxış edirdi.O, bu mövsüm sözügedən komandada cəmi 4 oyuna çıxıb.

“Qarabağ”ın “Marsel”ə qarşı ilk oyunu fevralın 17-də Fransada keçiriləcək. Komandalar arasındakı cavab oyunu isə bir həftə sonra Bakıda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti