"Qarabağ"ın rəqibi 44 ildən sonra bunu bacardı - VİDEO

9 Yanvar 2022 02:10 Fransa 704
"Qarabağ"ın rəqibi 44 ildən sonra bunu bacardı - VİDEO

Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Marsel" 44 ildən sonra "Bordo" üzərində səfər qələbəsi qazanıb.

Sportinfo.az xəbər verir ki, bu, Liqa 1-də XX tur qarşılaşmasına təsadüf edib.

37-ci dəqiqədə "Bordo"nun qapıçısı Pau Lopesin oyuna yanlış daxil etdiyi topu Türkiyə millisinin futbolçusu Cengiz Ünder ələ keçirərək, fərqlənməyi bacarıb və görüşdə yeganə qolun müəllifi olub - 1:0.

Beləliklə, "Marsel" 1977-ci ilin oktyabrından sonra ilk dəfə şəxsi qarşılaşmalarda "Bordo"nun öz meydanında 36 matçlıq məğlubiyyətsizlik seriyasına son qoyub.

Bu qələbə sayəsində "Marsel" 36 xalla 2-ci pilləyə yüksələrək, lider PSJ ilə xal fərqini 10-a endirib. "Bordo" isə 17 xalla 17-ci yerdə gedir.

Qonaq komanda bu qələbəni meydan sahiblərinin 17 üzvünün koronavirusa yoluxması fonunda əldə edib. "Bordo" oyunun təxirə salınmasını xahiş etsə də, Fransa Peşəkar Futbol Liqası (LFP) rədd cavabı verib.

"Jirondistlər" görüşü yoluxmaların kütləvi xarakter almaqsı üzündən bağlı tribunalar önündə keçirməli olublar. Komandanın azarkeşləri isə LFP-nin qərarı əleyhinə etiraz aksiyası keçiriblər.

"Qarabağ" "Marsel" ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti