"Arsenal"da gördüyümüz müdafiəçi "Qarabağ"a qarşı oynayacaq?

8 Yanvar 2022 02:30 Fransa 531
"Arsenal"da gördüyümüz müdafiəçi "Qarabağ"a qarşı oynayacaq?

"Arsenal"ın müdafiəçisi Sead Kolaşinaç Londonu tərk etməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, bosniyalı futbolçu "Marsel"in maraq dairəsindədi.

Mövsüm sonunda London klubu ilə müqaviləsi başa çatacaq müdafiəçi qışda Fransaya yollanmaq istəyir.

Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan klub Kolaşinaç üçün transfer məbləği ödəmək niyyətində deyil.

Klub futbolçunun azad agent statusuna yiyələnəcəyi təqdirdə onunla 2 illik müqavilə imzalaya biləcəyini özünə bildirib.

28 yaşlı futbolçu 2017-ci ildə “Şalke”dən “Arsenal”a keçmişdi. O, bu mövsümün əvvəlindən icarə əsasında Helzenkirhen klubunda oynayır.

Digər Xəbərlər
Xəbər Lenti