"Kmisə gətirmək üçün ya hansısa oyunçunu göndərməli, ya da maaşlarını azaltmalıyıq"

7 Yanvar 2022 12:40 Fransa 876
"Kmisə gətirmək üçün ya hansısa oyunçunu göndərməli, ya da maaşlarını azaltmalıyıq"

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Marsel” ciddi maliyyə böhranı yaşayır.

Sportinfo.az xəbər verir ki, bunu Fransa klubunun baş məşqçisi Xorxe Sampaoli də təsdiqləyib.

Argentinalı mütəxəssis yeni transfer etməkdə çətinlik çəkdiklərini etiraf edib. O, bunun üçün bəzi oyunçularla yolları ayırmaq məcburiyyətində olduqlarını vurğulayıb:

“Klub mürəkkəb iqtisadi vəziyyətdən keçir. Bu, futbolçuların gəlişini çətinləşdirir. Cordan Amavinin gedişi bizə başqa oyunçu gətirməyə imkan verir.

Kimisə gətirmək üçün ya hansısa oyunçunu göndərməli, ya da onların maaşlarını azaltmalıyıq.

Məşqçi korpusunun fikrincə, tam heyəti formalaşdırmaq üçün başqa gediş olmadan əlavə 4-5 oyunçuya ehtiyacımız var. Ancaq bu, bizdən asılı deyil”.

“Marsel”lə “Qarabağ” arasında oyunlar fevralın 17-də Marseldə, 24-də isə Bakıda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti