"Qarabağ"ın rəqibi bu xəbəri hamıdan gizlətmək üçün…

7 Yanvar 2022 02:20 Fransa 899
"Qarabağ"ın rəqibi bu xəbəri hamıdan gizlətmək üçün…

Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Marsel"də koronavirusa yoluxma hallarının sayı artıb.

Sportinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisinin daha 5 futbolçusunda infeksiya aşkarlanıb.

Bunlar Arkadiuş Milik, Stiv Mandanda, Jerson Santos, Alvaro Qonsales və Valenten Ronjyedir. Adıçəkilən oyunçuların son məşqdə məhz bu səbəbdən iştirak etmədikləri bildirilib.

Klub hələlik məsələ ilə bağlı açıqlama verməyib. İddiaya görə, Marsel şəhərinin eyniadlı təmsilçisi test nəticələrini ictimaiyyətdən gizlətmək üçün bu addımı atıb.

Daha əvvəl "Marsel"in heyətində Pol Lirola və Konrad de la Fuente virusa yoluxub.

"Qarabağ" "Marsel"ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti