Messidən etiraf: "Orada futbol oynamaq və yaşamaq maraqlı gəlir"

4 Yanvar 2022 00:20 Fransa 1 024
Messidən etiraf: "Orada futbol oynamaq və yaşamaq maraqlı gəlir"

PSJ-nin ulduzu Lionel Messi ABŞ-da futbol oynamaq istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə argentinalı hücumçu özü açıqlama verib.

O, karyerasının bir hissəsini ABŞ-da keçirmək istədiyini etiraf edib:

“Orada futbol oynamaq və yaşamaq maraqlı gəlir. Karyeramın növbəti dönəmlərinin birində bunu reallaşdırmaq istəyirəm. Lakin alınacaqmı, bilmirəm”.

İspaniya mətbuatının xəbərinə görə, Messi 2023-cü ildə MLS təmsilçisi “İnter Mayami” ilə müqavilə imzalaya bilər. Klubun sahibi ingiltərəli keçmiş futbolçu Devid Bekhemdir.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM