Arturo Vidal "Qarabağ"a görə Bakıya gələcək?

2 Yanvar 2022 22:40 Fransa 4 131
Arturo Vidal "Qarabağ"a görə Bakıya gələcək?

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Marsel” heyətini məşhur futbolçu ilə gücləndirmək istəyir.

Sportinfo.az xəbər verir ki, Fransa komandası qış fasiləsində “İnter”in futbolçusu Arturo Vidalı transfer etməyə çalışacaq.

Xorxe Sampaoli Çili millisindən tanıdığı futbolçunu yenə sərəncamında görmək istəyir.

34 yaşlı futbolçunun “neradzurra” ilə müqavilə müddəti mövsümün sonuna qədər olsa da, əsas heyətə düşə bilmədiyi üçün o, yanvarda ayrılmağı planlaşdırır.

​“Marsel”lə “Qarabağ” arasında oyunlar fevralın 17-də və 24-də baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM