"Qarabağ"ın rəqibinin 2 futbolçusu koronavirusa yoluxdu

1 Yanvar 2022 13:40 Fransa 583
"Qarabağ"ın rəqibinin 2 futbolçusu koronavirusa yoluxdu

Konfrans Liqasının pley-off mərhələsində "Qrabağ"ın rəqibi olan "Marsel"in 2 futbolçusu koronavirusa yoluxub.

Sportinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xorxe Sampaoli açıqlama verib.

Argentinalı mütəxəssisin sözlərinə görə, müdafiəçi Pol Lirola və hücumameylli yarımmüdafiəçi Konrad de la Fuentedən götürülmüş COVID-19 analizlərinin nəticəsi müsbət çıxıb. Hər iki oyunçu təcrid olunaraq, karantinə alınıb.

"Qarabağ" "Marsel"ə qarşı ilk oyununu fevralın 17-də Fransada, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti