“O, klubda həmişəlik qalacaq, buranı tərk etmək istəmir”

17 Dekabr 2021 18:40 Fransa 1 235
“O, klubda həmişəlik qalacaq, buranı tərk etmək istəmir”

PSJ-nin braziliyalı müdafiəçisi Markinos klubda həmişəlik qala bilər

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı Paris klubunun idman direktoru Leonardo verib:

“Markinos PSJ-də həmişəlik qalacaq. O, klubu tərk etmək istəmir”.

Məlumata görə, tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqlar gedir. Danışıqların sentyabrdan başladığı da bildirilir.

Markinos cari mövsümdə 19 oyun keçirib, 3 qol vurub, 1 qol ötürməsi edib. O, PSJ-nin heyətində keçirdiyi 342 oyunda 34 dəfə fərqlənib.

27 yaşlı futbolçu Paris klubuna 2013-cü ildə “Roma”dan keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19:10 Emrah PAŞA