“Bunu iki il əvvəl etməli idiz” – Klub rəhbərliyini tənqid etdi

14 Dekabr 2021 21:40 Fransa 516
“Bunu iki il əvvəl etməli idiz” – Klub rəhbərliyini tənqid etdi

Fransa yığmasının sabiq futbolçusu Tyerri Anri PSJ rəhbərliyini tənqid edib.

Sportinfo.az xəbər verir ki, Anri klub rəhbərliyinə Kilan Mbappe ilə bağlı yaranan duruma görə irad bildirib.

O, futbolçu ilə vaxtında müqavilə bağlanmadığını əsas gətirərək, rəhbərliyi tənqid edib:

“Bu məsələni iki il əvvəl həll etməliydilər. Hesab edirəm ki, onlar iki il əvvəl Kilianla stol arxasında oturub, “bu, sənin komandandır, onu sənin ətrafında qurmağı planlaşdırırıq” desəydilər, hər şey başqa cür olardı.

Ancaq indi hər şey Mbappenin öz əlindədir. İstədiyi kluba keçə bilər”.

Mbappenin “Real”a keçəcəyi güman olunur. “Kral klubu” onu 2021-ci ildə transfer etmək istəsə də, PSJ rəhbərliyi buna razılıq verməmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"