"Marsel"in prezidentindən "Qarabağ" haqda MARAQLI FİKİRLƏR

14 Dekabr 2021 11:00 Fransa 1 219
"Marsel"in prezidentindən "Qarabağ" haqda MARAQLI FİKİRLƏR

"Marsel"in prezidenti Pablo Lonqoriya Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a rəqib olmalarına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, o, Liqa 1 nəhənginin rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Qarabağ” avrokubok yarışlarında təcrübəsi olan klubdur. Çünki bu komanda son illərdə avrokubokların daimi iştirakçısıdır.

Avrokubok matçları həmişə detallar üzrə oynanılır. Maraqlı oyun olacaq.

“Qarabağ” keçmiş sovet respublikalarında tətbiq olunan qış fasiləsi ilə əlaqədar fevralın 7-də mübarizəni bərpa edəcək. Onlar bu mövsüm Konfrans Liqasında yaxşı çıxış ediblər.

“Bazel”ə 0:3 hesabıyla uduzduqları son matçı, eyni zamanda mübahisəli sayılmayan qolu da gördük. Hansı ki, həmin qol bu matçda dinamikanı dəyişə bilərdi.

Bəzi Avropa komandalarının Bakıda müxtəlif çətinliklərlə qarşılaşdığını da xatırlayıram. Konfrans Liqası çətin və maraqlı turnirdir.

Bu, həm də bizim üçün bir titul qazanmaq şansıdır. “Olimpik” olaraq oynadığımız bütün yarışlarda mümkün qədər yüksəklərə qalxmaq istəyirik”.

Digər Xəbərlər
Xəbər Lenti