7 futbolçu ilə yolları ayırmaq istəyirlər – Maliyyə vəziyyətinə görə

13 Dekabr 2021 10:20 Fransa 1 491
7 futbolçu ilə yolları ayırmaq istəyirlər – Maliyyə vəziyyətinə görə

PSJ qışda 7 futbolçusu ilə yollarını ayıra bilər.

Sportinfo.az xəbər verir ki, Paris təmsilçisi maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün qış transfer pəncərəsi dövründə bir neçə futbolçusunu satmağa hazırlaşır.

PSJ-də qapıçı Serxio Riko, müdafiəçi Abdu Diallo, Layvin Kurzava, Kolin Daqba, yarımmüdafiəçi Erik Ebimbe, Rafinya Alkantara və hücumçu Mauro İkardi ilə yollar ayrıla bilər.

PSJ Fransa Liqa 1-də liderdir. Komanda Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM