Messi Liqa 1-də oynamaqğa niyə əziyyət çəkir.?

7 Dekabr 2021 01:30 Fransa 490
Messi Liqa 1-də oynamaqğa niyə əziyyət çəkir.?

PSJ-nin ulduzu Lionel Messi Liqa 1-də oynamaqda əziyyət çəkir.

Sportinfo.az xəbər verir ki, bu barədə argentinalı hücumçunun sabiq komanda yoldaşı, hazırda "Atletiko"da (Madrid) çıxış edən Luis Suares açıqlama verib.

Argentinalı forvard bildirib ki, həmkarı və yaxın dostu Fransadakı hava şəraitindən şikayətlənir:

"Onunla hər gün özümüz, ailələrimiz haqqında danışırıq. Messi bir dəfə dedi ki, bu cür soyuq hava şəraitində oynamaq ona çətindir. Fransada tez-tez qar yağır, buna uyğunlaşmaq lazımdır".

Lionel Messi cari mövsümün əvvəlində İspaniya "Barselona"sından azad agent kimi PSJ-yə keçib.

Digər Xəbərlər
Xəbər Lenti