"Gözləyək, görək, nə deyəcək - qalacaq, yoxsa gedəcək?" - Prezident təsdiqlədi 

1 Dekabr 2021 15:40 Fransa 463
"Gözləyək, görək, nə deyəcək - qalacaq, yoxsa gedəcək?" - Prezident təsdiqlədi 

Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qre Zinəddin Zidanın xidmətində maraqlı olduqlarını bildirib.

Sportinfo.az xəbər verir ki, Noel Fransa yığmasının hazırkı baş məşqçisi Didye Deşamın DÇ-2022-dən sonra da postunda qala biləcəyini deyib.

Amma vurğulayıb ki, əgər Deşam qalmaq istəməsə, onda yığmanı çalışdırmağa namizədlər arasında Zidan ilk sırada olacaq:

“Gözləyək, görək, Deşam nə deyəcək - qalacaq, yoxsa gedəcək?Açıq deyirəm, onun getmə ehtimalı haqda fikirləşəndə, ağlıma gələn ilk ad Zidan olur.

Təbii, həmin vaxt Zidan işsiz olarsa, yığmaya əsas namizəd sayılacaq”.

Deşamın müqaviləsi DÇ-2022-in sonuna qədər nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti