Zidanın yeni klubu – Nə vaxt görəvi təslim alacaq?

26 Noyabr 2021 12:20 Fransa 1 331
Zidanın yeni klubu – Nə vaxt görəvi təslim alacaq?

Deyəsən, Zinəddin Zidanın PSJ-yə rəhbərlik edəcəyi gün o qədər də uzaqda deyil.

Sportinfo.az xəbər verir ki, artıq PSJ rəsmiləri mütəxəssislə görüşüblər.

Zidanla görüşə idman direktoru Leonardo ilə baş menecer Jan-Klod Blan gedib.

Tərəflər müqavilə şərtlərini müzakirə ediblər. Məlumata görə, Zidan PSJ-də fəaliyyətə 2022-ci ilin yayından başlayacaq.

Bir müddət əvvəl məlumat yayılmışdı ki, Mourisio Poçettino idman direktoru Leonardo ilə fikir ayrılığı ucbatından PSJ-ni tərk etmək istəyir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda