“PSJ-də uğur əldə etmək üçün çox çalışacam” – Messi

20 Noyabr 2021 00:00 Fransa 381
“PSJ-də uğur əldə etmək üçün çox çalışacam” – Messi

Argentina millisinin ulduzu Lionel Messi DÇ-2022-yə vəsiqə qazanmaları haqda fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, hücumçu bununla bağlı “instaqram” hesabında paylaşım edib:

“Hədəfimə çatdığım üçün çox sevinirəm. Qətərdəki dünya çempionatına gedəcəyik. Argentina yığması ilə xüsusi il yaşayırıq”.

Messi “Barselona”dan PSJ-yə keçidi haqda da fikirlərini söyləyib:

“Fərqli bir ölkədən Parisə gəldim. Uyğunlaşmağa çalışıram. Bu il PSJ ilə hədəflərimizə çatmaq istəyirəm. Uğur əldə etmək üçün çox çalışacam”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!