Tanınmış futbolçu məşqi axsayaraq tərk etdi

11 Noyabr 2021 01:30 Fransa 742
Tanınmış futbolçu məşqi axsayaraq tərk etdi

Fransa milli komandasının yarımmüdafiəçisi Pol Poqba zədələnib.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı futbolçu "xoruzlar"ın dünən baş tutan məşqində sıradan çıxıb.

Qapıçı Alfonse Areola ilə ikili mübarizədə zədələnən "Mançester Yunayted"in ulduzu meydanı axsayaraq tərk edib.

Təcrübəli yarımmüdafiəçinin durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.

Fransa yığması DÇ-2022-nin seçmə mərhələsində Qazaxıstan (13 noyabr) və Finlandiya ilə (16 noyabr) qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!