“Hər deyiləni eşitsək, dəli olarıq - Hamı bizi məğlub etmək istəyir"

10 Noyabr 2021 12:00 Fransa 664
“Hər deyiləni eşitsək, dəli olarıq - Hamı bizi məğlub etmək istəyir"

PSJ-nin futbolçusu Ander Herrera açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Herrera Paris təmsilçisinin sərgilədiyi oyunun tənqid olunmasına münasibət bildirib:

“İnkişaf etməliyik. Matçlara 90 dəqiqə nəzarət etmək olmur. Bütün komandaların səviyyəsi var. Top səndə deyilsə, 90 dəqiqə dominantlıq edə bilməzsən.

Yenə də unutmamalıyıq ki, biz liderik. Bütün komandalar bizi məğlub etmək istəyir.

Biz hər zaman inkişaf etməyi düşünürük. Tənqidlərə önəm veririk. Amma hər deyiləni eşitsək, dəli olarıq”.

Digər Xəbərlər
Xəbər Lenti