“Razı qaldığımı deməyim çətindir, hamımız təəssüflənirik”

6 Noyabr 2021 01:38 Fransa 1 477
“Razı qaldığımı deməyim çətindir, hamımız təəssüflənirik”

PSJ-nin baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının 4-cü turu çərçivəsində “Leypziq”lə 2:2 oynamalarına şərh verib.

Sportinfo.az xəbər verir ki, argentinalı mütəxəssisin fikrincə, parislilər Almaniyada qalib gələ bilərmiş:

“Oyunumuzdan razı qaldığımı deməyim çətindi. Çünki heç-heçəyə görə hamımız təəssüflənirik.

Yetərincə qol epizodları yarada bilirdik ki, qalib gələk. Amma ümumilikdə bu nəticə ədalətli idi. “Leypziq” matçını yaxşı analiz etməliyik. “Leypziq”in yaxşı komandası var".

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM