Messi yenə problemlə üzləşdi - Bir neçə oyunu buraxacaq

3 Noyabr 2021 10:20 Fransa 665
Messi yenə problemlə üzləşdi - Bir neçə oyunu buraxacaq

PSJ-nin futbolçusu Lionel Messi qeyri-müəyyən müddətədək sıradan çıxıb.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı hücumçu dizindəki zədə ucbatından qarşıdakı bir neçə oyunu buraxacaq.

Argentinalı forvard sentyabrda Venesuelanı 3:1 hesabı ilə məğlub etdikləri 2022-ci il dünya çempionatının seçmə oyununda zədələnib.

Hazırda dizindəki ağrılar Messini narahat edir. Onun bərpa müddəti 1-2 ay da çəkə bilər.

Təcrübəli oyunçu İspaniyanın paytaxtı Madriddəki klinikalardan birində reabilitasiya kursu keçməyi planlaşdırır.

Digər Xəbərlər
Xəbər Lenti