"Lill" Burak Yılmazsız qaldı

2 Noyabr 2021 15:40 Fransa 607
"Lill" Burak Yılmazsız qaldı

Fransanın "Lill" klubu Çempionlar Liqası qrup mərhələsinin "Sevilya" ilə oyununa ciddi itki ilə çıxacaq.

Sportinfo.az xəbər verir ki, komandanın aparıcı üzvlərindən olan Burak Yılmaz səfər qarşılaşmasında komandasına kömək edə bilməyəcək.

Baş məşqçi Joslen Gurvennek mətbuat konfransında bildirib ki, 36 yaşlı forvard xəstələndiyi üçün İspaniyaya aparılmayıb.

Qeyd edək ki, bu gecə keçiriləcək "Sevilya" - "Lill" matçı Bakı vaxtilə saat 00:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti