Dünya Xəzridən danışır: 68 metrdən MÖHTƏŞƏM QOL vurdu - VİDEO

1 Noyabr 2021 15:40 Fransa 1 550
Dünya Xəzridən danışır:  68 metrdən MÖHTƏŞƏM QOL vurdu - VİDEO

"Sent Etyen"in futbolçusu Vəhbi Xəzri "Mets"lə Fransa Liqa 1-in XII tur oyunu zamanı 68 metrlik məsafədən qol vurub.

Sportinfo.az xəbər verir ki, 16-cı dəqiqədə topu meydanın özlərinə aid hissəsində qəbul edən tunisli yarımmüdafiəçi bir qədər irəlilədikdən sonra "paraşüt" zərbəsi endirib.

Top irəlidə olan qapıçının başı üzərindən tora daxil olub.

Bu, Liqa 1-in rekordudur. Liqa 1-də statistikanın aparılmağa başlanıldığı 2006/2007 mövsümündən indiyədək heç bir oyunçu belə uzun məsafədən fərqlənə bilməyib.

Vəhbi Xəzrinin qolu sayəsində "Sent Etyen" 1:1 hesablı heç-heçəyə nail olub.

Hazırda bu komanda 12 oyundan 6 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb. "Mets" isə 7 xalla 19-cudur.

Digər Xəbərlər
Xəbər Lenti