“Messi az danışır, bu komandanın dirijorları həddən artıq çoxdur"

28 Oktyabr 2021 01:50 Fransa 1 531
“Messi az danışır, bu komandanın dirijorları həddən artıq çoxdur"

Fransa millisinin veteran futbolçusu Tyerri Anri Lionel Messinin PSJ-dəki adaptasiyası haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Anri Paris klubunun uğurlu çıxışında Kilian Mbappenin önəmli rol oynadığını bildirib:

“Messi az danışır, ona top daha maraqlıdı. Hələ ki, PSJ Mbappenin komandasıdı. Məhz onun sayəsində komanda güclü tərəflərini göstərir.

Komanda yoldaşları topla daima onu axtarır. İndi PSJ-nin yalnız bir dirijoru ola bilər. Əks halda komanda eyni tempdə hərəkət edə bilməz. Bu komandanın dirijorları isə həddən artıq çoxdu”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM