"Barselona" bu təklifə cavab vermədi - PSJ-dən maraqlı fikir

20 Oktyabr 2021 00:00 Fransa 562
"Barselona" bu təklifə cavab vermədi - PSJ-dən maraqlı fikir

PSJ "Barselona"ya oyunçuları dəyişdirməyi təklif edib.

Sportinfo.az xəbər verir ki, Fransa nəhənginin rəhbərliyi Mauro İkardini "Barselona"ya göndərib, əvəzinə Serxio Aqueronu heyətinə qatmaq istədiyini bildirib.

PSJ rəhbərliyi Aqueronun Lionel Messi ilə dost olmasına görə bu addımı atdığı bildirilir.

Hətta Messinin İkardi ilə münasibətlərinin yaxşı olmamasına görə forvard Argentina millisinə də dəvət edilmir. "Barselona" isə hələ ki, bu təklifə cavab verməyib.

Digər Xəbərlər
Xəbər Lenti