QALMAYACAQ - Nə qədər pul verirlərsə, versinlər

15 Oktyabr 2021 21:40 Fransa 672
QALMAYACAQ - Nə qədər pul verirlərsə, versinlər

Kilian Mbappe heç bir halda PSJ-də qalmayacaq.

Sportinfo.az xəbər verir ki, futbolçu komandanı tərk etməklə bağlı qəti qərarını verib.

Paris klubu bu günlərdə ona illik 36 milyon avro məvacib vəd etmişdi.

Amma futbolçu bu təklifdən də imtina edib. Bildirilir ki, Mbappe üçün PSJ-nin nə qədər pul təklif etməsinin heç bir əhəmiyyəti yoxdur.

Kilian “Real”a keçməkdə israrlıdır. Hətta Madrid klubu PSJ-dən az məvacib təklif etsə belə. Futbolçunun yaxınları bildiriblər ki, bu məsələdə Mbappe üçün pul prioritet sayılmır.

Kilianın müqaviləsi gələn ilin iyununda başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!