COP29

6 futbolçunu satacaq - "Qarabağ"ın rəqibində maliyyə problemi

22 Noyabr 2024 03:30 Fransa 911
6 futbolçunu satacaq - "Qarabağ"ın rəqibində maliyyə problemi

Avropa Liqasında "Qarabağ"ın rəqiblərindən olan "Lion" maliyyə problemləri yaşayır.

Sportinfo.az xəbər verir ki, komandanın aşağı liqaya düşürülməsi təhlükəsi var.

"Lion" vəziyyətdən çıxmaq üçün mövsümün sonuna kimi 100 milyon avro gəlir əldə etməlidir.

Klub rəhbərliyi durumu düzəltmək üçün yanvar ayında 6 futbolçu ilə yollarını ayıracaq. Bunlardan biri "Qalatasaray"dan icarəyə götürülən Vilfred Zahadır. 32 yaşlı vingerin maaşı yüksək olduğu üçün onun göndərilməsi planlaşdırılır.

"Lion" Zahadan başqa 5 futbolçunu satışa çıxaracaq. Belə ki, Fransa klubu Said Benrahma, Gift Orban, Maksans Karke, Ernest Nuama və Sael Kumbedini satıb gəlir əldə etməyə çalışacaq.

"Qarabağ" Avropa Liqası Liqa fazısının 5-ci turu çərçivəsində noyabrın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda "Lion"u qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
21 Yanvar 18:10 Çək və bizə göndər!
21 Yanvar 11:20 O gün olsun ki…