"Əvvəllər də bir neçə dəfə mübahisəmiz olub, ona “avaragor” demişəm"

6 Oktyabr 2021 10:00 Fransa 891
"Əvvəllər də bir neçə dəfə mübahisəmiz olub, ona “avaragor” demişəm"

PSJ-nin futbolçusu Kilian Mbappe “Monpelye” ilə qarşılaşmada Neymara irad tutub.

Sportinfo.az xəbər verir ki, Mbappe oyunun gedişində braziliyalıya “avaragor” deyib.

Bu barədə Kilian özü məlumat verib: “Bəli, mən Neymarı “avaragor” adlandırdım. Belə şeylər futbolda tez-tez olur. Amma buna görə narazılıq etmir, irad bildirmirik.

Sonradan bu haqda söhbətləşdik. Əvvəllər də bizim bir neçə dəfə söz mübahisəmiz olub. Böyük ehtimalla, gələcəkdə də olacaq. Ona görə də, belə şeylərə fikir vermək lazım deyil.

Mən Neymara həm futbolçu, həm də insan kimi böyük hörmət bəsləyirəm. Hərdən o da məndən narazılıq edir ki, bu da normaldır. Bunda heç bir problem görmürəm”.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”