“Sürgün”də oynayacaqlar - BU QALMAQALA GÖRƏ

30 Sentyabr 2021 12:00 Fransa 604
“Sürgün”də oynayacaqlar - BU QALMAQALA GÖRƏ

Fransa çempionatının 3-cü turunda yarımçıq dayandırılan “Nitsa”-“Marsel” qarşılaşması neytral meydanda keçiriləcək.

Sportinfo.az xəbər verir ki, oyun oktyabrın 27-də Trua şəhərində keçiriləcək.

Trua təsadüfən seçilməyib. Bu şəhər həm Nitsa, həm də Marseldən uzaqda yerləşir.

Liqa rəhbərliyi hesab edir ki, təhlükəsizliyi təmin etmək mümkün olacaq.

Avqustun 22-də keçirilən oyun 75-ci dəqiqədə tribunalarda yaşanan ixtisas və futbolçular arasındakı qarşıdurma səbəbindən yarımçıq dayandırılmışdı.

Bu insidentə görə, “Nitsa”nın 1xalı silinib, stadiona isə 3 oyun azarkeşlər buraxılmayacaq.

Digər Xəbərlər
Xəbər Lenti