Məşhur fransalıdan ŞOK SÖZLƏR: "Messi ona xidmət etməlidir"

29 Sentyabr 2021 12:20 Fransa 877
Məşhur fransalıdan ŞOK SÖZLƏR:

Sportinfo.az xəbər verir ki, Fransa millisinin və PSJ-nin sabiq futbolçusu Nikolya Anelka klubun oyunçusu Kilian Mbappe haqda danışıb.

Onun fikrincə, komandanın hücumdakı lideri Lionel Messi yox, Mbappedir: "Mbappe bir nömrəli olduğu üçün Paris klubunun hücumuna rəhbərlik etməlidir.

Messi "Barselona"da bu statusa sahib idi, amma indi Mbappeyə xidmət etməlidir. Kilian beş ildir ki, bu klubdadır və Messi ona hörmət etməlidir" - deyə sabiq futbolçu bildirib.

Messi avqustda PSJ ilə 2+1 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda