"Düzünü desəm, Messinin PSJ-yə keçəcəyini gözləmirdim"

27 Sentyabr 2021 10:20 Fransa 426
"Düzünü desəm, Messinin PSJ-yə keçəcəyini gözləmirdim"

PSJ-nin yarımmüdafiəçisi Əşrəf Hakimi Lionel Messi ilə münasibətindən danışıb.

Sportinfo.az xəbər verir ki, Hakimi argentinalı ulduzla münasibət qurmağın çətin olmadığını deyib:

“Messi ilə münasibət qurmaq çox asan idi. Mən topu ona ötürürəm. O, isə öz növbəsində topu lazım olan yerə ötürür.

​Düzünü desəm, Messinin PSJ-yə keçəcəyini gözləmirdim. Ancaq biləndə ki, o, komanda yoldaşım olacaq, çox sevinmişdim.

Bu cür futbolçu ilə birlikdə oynadığıma görə fəxr edirəm”.

Digər Xəbərlər
Xəbər Lenti