Dünya brendi ilə anlaşdılar – Eleqant kostyumları geyindilər

7 Sentyabr 2021 15:20 Fransa 673
Dünya brendi ilə anlaşdılar – Eleqant kostyumları geyindilər

PSJ dünya brendlərindən sayılan “Dior”la əməkdaşlıq edəcək.

Sportinfo.az xəbər verir ki, tərəflər arasında 2 illik müqavilə bağlanıb.

Bu barədə məlumatı PSJ-nin mətbuat xidməti yayıb.

Bildirilir ki, 1946-cı ildən fəaliyyət göstərən şirkət ilk dəfədir ki, futbol klubu ilə əməkdaşlıq edəcək. Bu əməkdaşlıq çərçivəsində “Dior” PSJ-nin futbolçularını klubun atributlarının əks olunduğu kostyumlarla təmin edəcək.

Artıq futbolçular eleqant kostyumları yoxlayıblar. Tərəflər hesab edirlər ki, bu əməkdaşlıq hər iki markanın populyarlığını daha da artıracaq.

Digər Xəbərlər
Xəbər Lenti