Klubda qalması üçün atasına 20 milyon veriblər - FOTO

7 Sentyabr 2021 00:00 Fransa 977
Klubda qalması üçün atasına 20 milyon veriblər - FOTO

Yayda Neymarın “Barselona”ya qayıdacağı ilə bağlı söz-söhbət yayılmışdı.

Sportinfo.az xəbər verir ki, Laportanın belə bir planı olsa da, baş tutmadı.

Bununla bağlı bəzi məqamlar açıqlanıb. Mətbuata sızan məlumatda bildirilir ki, PSJ bosslarından biri Neymarın atasının hesabına 20 milyon avro köçürüb.

Bununla da PSJ rəhbərliyi Neymarın atasından təminat alıb ki, oğlu komandada qalacaq.

Laportanın nümayəndələri yayda Neymarla danışıq aparmışdılar. Braziliyalı futbolçu ilkin danışıqlar zamanı “Barsa”ya qayıtmaq istədiyini bildirmişdi.

Amma görünür atasının hesabına keçirilən 20 milyon avro onun Parisdə qalmasını şərtləndirib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da