Nəzakət və intizama görə milyonlar alacaq  - MÜQAVİLƏDƏ XÜSUSİ BƏND

6 Sentyabr 2021 18:40 Fransa 798
Nəzakət və intizama görə milyonlar alacaq  - MÜQAVİLƏDƏ XÜSUSİ BƏND

Sportinfo.az xəbər verir ki, Neymarın PSJ ilə müqaviləsinin bəzi detallları da məlum olub.

Müqavilədə belə bir şərt olub ki, braziliyalı özünü nəzakətli və intizamlı aparacaq.

Bu müddətdə Neymarın davranışı klub rəhbərliyini qane edib. Braziliyalı buna görə ildə 6,5 milyon avro əldə edəcək.

Müqavilə şərtlərində göstərilir ki, Neymar azarkeşlərlə ünsiyyətə də açıq olmalıdır. O, klubun siyasətini və rəsmiləri açıq şəkildə tənqid etməmək öhdəliyi də götürüb.

Neymar mayın 8-də müqaviləni 2025-ci ilin yayına qədər uzadıb.

Digər Xəbərlər
Xəbər Lenti