Qətər əmiri əlini stola çırpdı, böyük transfer əməliyyatı baş tutmadı

2 Sentyabr 2021 15:20 Fransa 1 097
Qətər əmiri əlini stola çırpdı, böyük transfer əməliyyatı baş tutmadı

Kilian Mbappenin “Real”a keçidinin baş tutmamasının detalları bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu məsələdə Qətər əmiri Hamad Əl-Taninin mövqeyi həlledici olub.

Klubun direktorlar şurasında hesab ediblər ki, Mbappeni indi 200 milyon avroya satmaq daha əlverişlidir, nəinki onu 1 ildən sonra havayı buraxmaq.

Amma Qətər əmiri buna razılıq verməyib. O, öz arzusunu gerçəkləşdirməyə üstünlük verib. Onun arzusu isə 3 futbolçunun – Messi-Neymar-Mbappenin tandemini görməkdir.

Kilianın PSJ ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19:10 Emrah PAŞA