"Messi hələ də ən yaxşı formasından uzaqdır"

31 Avqust 2021 01:38 Fransa 548
"Messi hələ də ən yaxşı formasından uzaqdır"

PSJ-nin baş məşqçisi Maurisio Poçettino yeni transfer Lionel Messinin debütü haqqında danışıb.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı hücumçu ötən gün Liqa 1-in 4-cü turunda "Reyms"lə matçın (2:0) 66-cı dəqiqəsində Neymarın əvəzinə meydana daxil olub.

Argentinalı mütəxəssis həmyerlisinin idela formasından uzaq olduğunu bildirib: "Messi meydançaya daxil oldu və komandaya inam qatdı.

Messi kimi bir futbolçu üçün də yaxşı debüt etmək vacibdir. O, oyuna əla başladı. Messi hələ də ən yaxşı formasından uzaqdır.

Amma yüksək səviyyədə məşq edir. Milli komandalar üçün fasilədən sonra mükəmməl formada olacaq".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!